Slm. ncsn? veziyyet necedi?
Bu mesaj xüsusi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.
Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.
Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.
Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.
Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.
Bir daha qumar oynamayacağıma mərcə girirəm.
Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətli keçərdi.
Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.
Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.
Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir